Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalına hazırlıq prosesi ilə bağlı görüş keçirilib.

13.04.2023

Bildiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalı keçiriləcək. Üç mərhələdə nəzərdə tutulan festivalın I mərhələsinə 2023-cü ilin 17 aprel tarixində start veriləcək.

Ağdaş Regional Mədəniyyət İdarəsində festivala hazırlıq prosesi ilə bağlı görüş keçirilib. Görüş zamanı qeydiyyatdan keçmiş şəxslərin birinci mərhələdə iştirakının təmin edilməsi ilə bağlı məlumatlandırılması, məkanlar üzrə məsul şəxslər tərəfindən festival zamanı məkandaxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin gücləndirilməsi, məkanların tam hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar və tövsiyyələr verilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. Festivalın əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

 

1.3 MB