Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucarda ”Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində növbəti tədbir keçirildi.

30.03.2023

29 mart 2023-cü il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzinin, Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Ucar rayon Təhsil Sektorunun dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsinin təbliği yolları” adlı  layihə çərçivəsində növbəti tədbir keçirilib.

Ucar rayon Qarabörk kənd Folklor evində keçirilən tədbirdə Qarabörk kənd tam orta məktəbinin, kənd bağçalarının və mədəniyyət müəsissələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Təbliğat qrupunun üzvləri Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranı birliyinin Ucar rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın və dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat veriblər.

 

3.3 MB

 

2.1 MB

 

3.5 MB

 

2.8 MB