Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Novruz bayramı qeyd edildi.

18.03.2023

18 mart 2023-cü il tarixində Novruz bayramı münasibətilə Ağdaş Rayon İcra Hakimiyyətinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılğı ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və məsul şəxsləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Bayram şənliyi ilk olaraq şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin qarşısında məktəbin uşaqlardan ibarət Xor kollektivinin musiqi nömrələri və Ağdaş rayon Pirəzə kənd Folklor evinin “Teşti” folklor kollektivinin nümunəvi çıxışları ilə başlayıb. Ardıcıl olaraq Musiqi Məktəbinin uşaqlardan ibarət Nağara kollektivinin və müəllimlərdən ibarət “Trio”nun, Kəndirbazların çıxışları təqdim edilib.

Tədbirin keçirildiyi şəhər Heydər Parkında Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından, Mərkəzi Kitabxananın kitablardan, Rəsm Qalereyasının və Mədəniyyət Mərkəzinin əməkdaşı Məlahət İsmayılın şagirdlərinin rəsmlərindən ibarət sərgilər, eləcə də rayon ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin sərgiləri də  nümayiş etdirilib. Eyni zamanda Ağdaş rayon Gənclər və İdman İdarəsi və Ağdaş Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən müxtəlif növ kollektivlərinin və Uşaq Gənclər Şahmat İdman məktəbinin şagirdlərin çıxışları nümayiş etdirilib.

Daha sonra Ululuq rəmzi olan Dədə-Qorqud Vətən Müharibəsi qaziləri ilə birlikdə bayram tonqalını alovlandırıb. Bununla bayram tədbiri açıq elan edilib. İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı zamanı mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən səsləndirilən vətənpərvərlik, bayram əhval-ruhiyyəli mahnılar, rəqs nömrələri alqışlarla qarşılanıb. Novruzun əsas personajlarından olan Bahar qızı, Kosa və Keçəl bayram şənliyinə rəng qatıblar.

 

1.3 MB

 

882.3 KB

 

752.8 KB

 

1 MB

 

907.3 KB

 

780.5 KB

 

820.1 KB

 

891.7 KB

 

1.1 MB

 

904.2 KB