Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi qadınları təbrik edib.

07.03.2023

Əziz xanımlar!
Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.

Zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də danılmazdır.

Xalqımızın hazırki mədəni simasının formalaşmasında müstəsna rol oynayan  qadınlarımız Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üçün şərəf və ləyaqətlə xidmət edirlər.

Torpaqlarımızın müdafiəsi zamanı Şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün Şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.
İnanıram ki, bütün qadınlar kimi, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan ana və bacılarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!  

Dərin hörmətlə,

Səxavət Məmmədov

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi

 

 

478.6 KB