Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix-Diyarşünaslıq muzeyində ziyarətçilərə əşyaya toxunmaqla tarixi hiss etmək şansı verilir.

23.02.2023

Xəbər verdiyimiz kimi Ucar Tarix-Diyarşünaslıq Muzeyində "Əşyaya toxun, tarixi hiss et" adlı layihəyə start verilib. Ziyarətçi  istəyini və marağını nəzərə alaraq, onların eksponatlarla təmasına icazə verməklə, əşyaya toxunmaqla tarixi hiss etmələrinə imkan yaradan layihə çərçivəsində növbəti sərgi baş tutub.

Qədim xalq sənəti növlərindən olan misgərliyə həsr edilmiş sərgidə muzeyin fondunda qorunub saxlanılan misgərlik sənətinin özünəməxsusluğu ilə seçilən  nümunələri nümayiş etdirilib. Mürəkkəb və incə naxış elementləri ilə bəzədilmiş əşyalar tamaşaçıların böyük marağına səbəb olub.

Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları. Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib.

 

1.5 MB

 

1.4 MB