Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elza İbrahimovanın xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirildi.

22.02.2023

22 fevral 2023-cü il tarixində Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində unudulmaz bəstəkar Elza İbrahimovanın 85 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib.

İlk olaraq vətən uğrunda canından keçən şəhidlərimizin və qardaş ölkə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində vəfat edənlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Sonra məktəbin direktoru çıxış edərək, Elza İbrahimovanın yaradıcılığından bəhs edib. O qeyd edib ki, bəstələri ilə milyonların qəlbini fəth edən, mahnıları dillər əzbərinə çevrilən Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova bənzərsiz yaradıcılığı ilə musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərləri, “Ana laylası”, “Gecələr bulaq başı”, “Yoxluğunu bilə-bilə”, “Qayıt”, “Qurban verərdim”, “Sən yadıma düşəndə” kimi mahnıları insan ruhuna mənəvi qida verir. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. “Ey Vətən” mahnısı vətənə təmiz, səmimi, ülvi sevgi çağırtısıdır. Təsadüfi deyil ki, bu mahnı dahi Rəşid Behbudovun ifasında dünyanı gəzib, odlar yurduna sevgi himni kimi konsertlərin yekununda səslənib.

Daha sonra məktəb kollektivinin və musiqiçilərin təqdimatında nümayiş etdirilən bəstəkarın mahnılarından ibarət kompozisiyalar, musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

1.3 MB

 

1 MB

 

900.9 KB

 

1.2 MB

 

1 MB