Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tariximizi yaşadan muzeylərimiz” layihəsi çərçivəsində gənclərlə görüş keçirildi.

10.02.2023

9 fevral 2023-ci il tarixində Zərdab Tarix-Diyarşünaslıq muzeyi tərəfindən həyata keçirilən "Tariximizi yaşadan muzeylərimiz" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.  "Milli - mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu" adlı görüş muzeyin və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Zərdab rayon Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov, muzeyinin direktoru Şahnaz Mustafayeva,muzeyin əməkdaşları və Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi Eşqin Məmmədov iştirak edib.  Çıxış edənlər bildiriblər ki, milli dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması hazırda öz aktuallığını qoruyub saxlamaqdadır. Gənclərimiz milli-mənəvi dəyərlərimizə sədaqətlə yanaşaraq, qoruyub yaşatmağa çalışırlar. Gənclərin tariximizə, mədəni irsimizə, milli və bəşəri dəyərlərə  hörmət ruhunda tərbiyə edilməsində muzey müəssisələrinin xüsusi rolu vardır.

Tədbir diskussiya şəklində davam etdirilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

1.5 MB

 

1.5 MB

 

1.7 MB

 

1.5 MB