Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük ömrün xatirələri” layihəsi çərçivəsində növbəti təqdimat Murad Dadaşovun Heydər Əliyev ilə bağlı xatirəsinə həsr olunub.

08.02.2023

Ağdaş rayon Mədəniyyət Mərkəzinin "Heydər Əliyev İli"nə həsr olunmuş "Böyük ömrün xatirələri" layihəsi çərçivəsində növbəti təqdimatı Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun Heydər Əliyev ilə bağlı xatirəsinə həsr olunub.

"Mənim Heydər Əliyevi parodiya etməyim ona olan sevgimdən, hörmətimdən irəli gəlirdi. Təbii ki, çox həyəcanlıydım. Dünya miqyaslı bir şəxsiyyəti parodiya etmək elə də asan məsələ deyil. Amma mən əmindim ki, Heydər Əliyev bu parodiyanı səmimi qarşılayacaq. Çünki o, dahi olduğu qədər, sadə bir insan idi. Və hamıya məlumdur ki, Heydər Əliyevin çox gözəl yumor hissi var idi. Bu da məni ürəkləndirirdi.

Bizimlə də səhnə arxasında çox səmimi görüşdü, fikirlərini bildirdi. Heydər Əliyev müdrik bir insan idi və o, özü də hiss edirdi ki, onu parodiya etmək yalnız ona olan böyük sevgidən, heyranlıqdan irəli gələ bilər. Onun əhvalından, təbəssümündən, bizimlə səmimi söhbətindən başa düşdüm ki, hər şey yaxşıdır. İndi də mən həmin günü böyük fəxrlə xatırlayıram."

 

44.3 KB