Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük ömrün xatirələri”nin növbəti təqdimatı Ofeliya Sənaninin xatirəsinə həsr olunub.

01.02.2023

Ağdaş rayon Mədəniyyət Mərkəzinin "Heydər Əliyev İli"nə həsr olunmuş "Böyük ömrün xatirələri" layihəsi çərçivəsində növbəti təqdimatı televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənaninin Heydər Əliyev ilə bağlı xatirəsinə həsr olunub.

Bildiyimiz kimi Heydər Əliyev işinin çox olmasına baxmayaraq, həmişə mədəniyyət tədbirlərinə gedər, televiziyada yayımlanan verilişlərə baxardı:

"Rəhmətlik Heydər Əliyev "Gəl səhərim" verilişini çox sevirdi. Mən xəstə olan vaxt verilişi Yaşar Nuri aparırdı. Zəng edib Nizami Xuduyevə deyib ki, "Nizami, mən Yaşarı çox istəyirəm. Amma bu verlişi Ofeliya aparırdı. Hanı Ofeliya? Sənin bu köhnə diktorlarla olan konfiliktlərin bitmədi? Kin saxlayırsan? Ofeliya efirə çıxanda oturub verilişə baxıram. Xuduyev deyib ki, "cənab Prezident, Ofeliya xanım Moskvadadır, xəstədir". Əliyev xəstə olduğumu biləndən sonra tapşırıq verib ki, mənə xüsusi diqqət ayrılsın. Onun tapşırığından sonra bütün həkimlər mənim başımda pərvanə oldu".

 

31.7 KB