Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük ömrün xatirələri” layihəsi çərçivəsində növbəti təqdimat heykəltəraş Ömər Eldarovun Heydər Əliyev ilə bağlı xatirəsinə həsr olunub.

25.01.2023

Ağdaş rayon Mədəniyyət Mərkəzinin "Heydər Əliyev İli"nə həsr olunmuş "Böyük ömrün xatirələri" layihəsi çərçivəsində növbəti təqdimatı heykəltəraş Ömər Eldarovun Heydər Əliyev ilə bağlı xatirəsinə həsr olunub.

Görkəmli heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, Ulu öndərin heykəlini hazırlayan ilk heykəltəraş, akademik Ömər Eldarov Heydər Əliyevlə bağlı xatirəsini belə xatırlayır :

"Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o, icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar bütün iki və çoxqat Sosialist Əməyi Qəhrəmanlarına şamil olunurdu. Əliyev abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməli olduğunu hesab edirdi. Həmin dövrdə o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini idi, ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Məni çağırdılar Kamran Bağırovun kabinetinə. Fikirləşdim, görəsən neynəmişəm ki, məni ora çağırırlar. Zəng edən insan narahatlığımı hiss edirmiş kimi əlavə etdi ki, "narahat olmayın". Kabinetə girəndə gördüm Heydər Əliyev də orada əyləşib. Üzbəüz oturub söhbət etdik. Özü dedi ki, "Moskvada təkliflər çoxdur, ancaq istəmirəm mənim büstümü başqaları hazırlasın. Sənin işləməyini istəyirəm".

 

53.6 KB