Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun təbriki

30.12.2022

Əziz həmkarlar!


Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bol ruzi-bərəkət, şən əhval-ruhiyyə, cansağlığı və səadət arzulayıram.

Torpaqlarımızın müdafiəsi zamanı Şəhid olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir, bütün Şəhid analarına,  xanımlarına və övladlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçulara və onların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

İnanıram ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan bütün əməkdaşlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Bu gözəl bayramda sizlərə uğur, sevgi və sevinc dolu günlər arzu edir, sizləri ürəkdən təbrik edirəm.  2023-cü il dövlətimiz və xalqımız üçün  gözəl hadisələrin baş verəcəyi və üzlərin güləcəyi bir il olsun. Ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırır və doğma Azərbaycanımıza  işıqlı gələcək arzulayıram.

Bayramınız mübarək!

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov

 

2.4 MB