22.12.2022
20 dekabr 2022-ci il taixində Ağdaş rayon MKS-nin və Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin birgə təşkil etdiyi “Fikrət Qoca ədəbi məclisi” adlı layihə çərçivəsində şair, rəssam, tərcüməçi və esseist Adil Mirseyidin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, AYB Ağdaş bölməsinin əməkdaşları, şairin yaxınları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk olaraq şair-rəssamın yaradıclığına həsr olunmuş “Güzgüdəki adam” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan poeziyasında və rəssamlığında xüsusi yeri olan Adil Mirseyidin çoxşaxəli yaradıclığından bəhs ediblər.
Xanəndə Elşad Ehtiramoğlunun ifasında şairin sözləri əsasında muğam və kitabxana oxucularının təqdimatında şairin şeirlərindən nümunələr səsləndirilib.
Qeyd edək ki, Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. "Güzgüdəki adam", "Bulud adam", "Nəğmə adam", "Vernisaj şeirlər", "Ay suvarisi", "Amor fati" (şeirlər), "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla insanlar arasında" (esselər) kitablarının müəllifidir. Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub. İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir.
Adil Mirseyid 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.