Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq teatrı ”Qış sovqatı” ilə balacaların görüşünə gedib.

12.12.2022

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında "Qış sovqatı" adlı əyləncəli proqramlara start verilib.

İlk şou proqram 11 dekabr 2022-ci il tarixində Ağdaş rayon Qarağan Şıxlar kəndində nümayiş olunub. Yerlərdə əhalinin xüsusilə gənclərin, yeniyetmə və uşaqların asudə vaxtdan səmərəli istifadəsinə və maraqlı keçirilməsinə yönəlmiş proqramlar zamanı nağıl qəhrəmanlarından ibarət tamaşa nümayiş etdirilib, intelektual oyunlar keçirilib və qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, əyləncəli proqramlar cari ilin dekabr ayından növbəti ilin mart ayına qədər davam etdiriləcək. Növbəti şou proqramın 18 dekabr 2022-ci il tarixində Ağdaş rayon Orta Ləki kəndində təqdim edilməsi nəzərdə tutulub.

 

1.2 MB

 

1.2 MB

 

1.1 MB

 

1.1 MB

 

1.1 MB

 

957.4 KB