Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayonunda mədəniyyət işçiləri üçün təlim keçirildi.

06.12.2022

Ağdaş Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrdə sosial media fəaliyyətinin təkmilləşdirilməsi və effektiv şəkildə həyata keçirilməsi məqsədilə “Sosial mediadan istifadə bacarıqlarının inkişaf etdirilməsi” adlı təlimlər keçirilir.

Növbəti təlim 6 dekabr 2022-ci il tarixində Ucar rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları üçün təşkil edilib.

Təlimin əsas məqsədi sosial media və ictimaiyyət ilə əlaqələr üzrə qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edəcək əməkdaşların sahə üzrə bilik və bacarıqlarının, peşəkarlıqlarının artırılmasıdır.

Həmçinin təlim mədəniyyət müəssisələrində müasir çağırışlara cavab verən layihəyönümlü fəaliyyət planının qurulması, regionda mədəniyyətin inkişafı sahəsində həyata keçirilən tədbirlərin mahiyyətinin təbliğ və təşviqinin gücləndirilməsi, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyinin yüksəldilməsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlib.  

Qeyd edək ki, təlimlər Ağdaş Regional Mədəniyyət İdarəsi üzrə Kommunikasiya meneceri Ağayeva Natəvan və Kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar yaradılan "İşçi qrupu"nun üzvü, fotoqraf İlqar İbrahimov tərəfindən aparılır.

 

927.6 KB

 

887.8 KB

 

894.4 KB