Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Dirçəlişdən Zəfərə” adlı konsert proqramı keçirildi.

18.11.2022

17 noyabr 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Şuşa ili”nə və 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı konsert proqramı keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başıçısının birinci müavini İsmayıl Yusifzadə,  Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sumqayıt Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət Kamera Orkestri biri-birindən maraqlı ifalarla çıxış ediblər.

Sonda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edib. O, konsert proqramının təşkilinə görə Sumqayıt Musiqi kollecinin rəhbərliyinə və kollektivinə təşəkkür edərək kollecin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevaya və Xor-dirijorluğu şöbəsinin müdiri, xor kollektivinin rəhbəri Firəngiz Xəlilovaya Regional İdarənin adından Təşəkkürnamə təqdim edib.

 

4.1 MB

 

3.6 MB

 

3.8 MB

 

2.5 MB

 

3 MB