Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirildi.

16.11.2022

16 noyabr 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib.

İclasda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

O, çıxışında yaradıcı düşüncəyə malik olan gənclərin irəli çəkilməsi, kreativ layihələrin hazırlanması, keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılmasının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri mədəniyyət müəssisələrində keçirilən tədbirlərin formatında yeniliklərin edilməsi və müasir çağırışlara cavab verən layihəyönümlü fəaliyyət planının qurulmasıdır.

Sonra Ağdaş Regional Mədəniyyət İdarəsi üzrə Kommunikasiya meneceri Natəvan Ağayeva çıxış edərək, qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, bu sahə üzrə peşəkarlığın artırılması mövzusunda fikirlərini bölüşüb.

 

 

1.2 MB

 

1.2 MB

 

1.2 MB