Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda mədəniyyət işçiləri Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümünü qeyd ediblər.

14.11.2022

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatının Ağdaş Regional Mədəniyyət İdarəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhdilərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsi ərazi ilk partiya təşkilatının sədri İlqar Vəliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində uğurlu yol keçdiyini və böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

Tədbirdə fəallardan Vüsalə Məmmədova, Nişanə Yusibova, Camal Xəlilov, Azadə Hüseynova və digərləri çıxış edərək Yeni Azərbaycan Pariyasının keçdiyi şərəfli tarixi yoldan bəhs ediblər.

YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın etimadını doğrultduğunu və ümumumxalq partiyası adını qazandığını vurğulayıb.

Sonda bir qrup partiya fəalı Fəxri fərmanla təltif edilib.

 

159.9 KB

 

167.4 KB

 

147.1 KB

 

128.5 KB