Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Zəfər Günü qeyd edildi.

08.11.2022

8 noyabr 2022-ci il tarixində Ağdaş şəhərinin mərkəzi meydanında Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, millət vəkilləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq kəndirbazların, şəhər musiqi məktəbinin şagirdlərinin, “Teşti” folklor kollektivinin ifasında maraqlı nömrələr təqdim edilib. Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvlərinin, Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ağdaş Dövlət Rəsm Qalereyasının təqdimatında Zəfər Günü və Vətən Müharibəsinə həsr olunmuş kitab və rəsm sərgisi nümayiş etdirilib. Sərgilərə rayon rəhbərliyi və ictimaiyyət tərəfindən baxış keçirilib.

Tədbirdə eyni zamanda Ağdaş rayon Gənclər və İdman İdarəsi və Ağdaş Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən müxtəlif növ kollektivlərinin və Uşaq Gənclər Şahmat İdman məktəbinin şagirdlərin çıxışları nümayiş etdirilib.

Sonra “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanovun, yerli musiqiçilərin və “Nur” rəqs qrupunun təqdimatında Zəfər Gününə həsr olunan vətənpərvərlik ruhunda mahnılar, rəqslər və şeirlərdən ibarət konsert proqramı təqdim olunub.

 

1.5 MB

 

1.6 MB

 

1.7 MB

 

1.9 MB

 

1.9 MB

 

2.2 MB

 

2.1 MB

 

1.7 MB

 

1.9 MB