Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Zəfər Gününə həsr olunmuş növbəti tədbir keçirildi.

03.11.2022

2 noyabr 2022–ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərin carçıları” adlı tədbir təşkil olunub. Tədbirdə mədəniyyət müəssisələrinin işçiləri ilə yanaşı, Şəhid ailələrinin üzvləri, Vətən Müharibəsinin iştirakçıları və qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Ağdaş rayon Təhsil sektorunun əməkdaşları iştirak edib.

İlk olaraq rayon Heydər Əliyev Mərkəzinin foyesində Şəhidlərin fotoşəkillərinin və şəxsi əşyalarının nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tədbirin bədii hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ağdaş Xalq Teatrının təqdimatında “Şəhid atası” adlı kompozisiya təqdim edilib.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin rəisi Nizami Heybətov tərəfindən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

 

717.3 KB

 

932.3 KB

 

724.6 KB

 

665.1 KB

 

786.9 KB

 

936.1 KB