Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin təbliği ilə əlaqədar növbəti tədbir keçirildi.

14.10.2022

14 Oktyabr 2022-ci il tarixdə Zərdab rayon Həsən bəy Zərdabi muzeyində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin təbliği ilə əlaqədar “Dahi ziyalımız Həsən bəy Zərdabi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyinin direktoru Vəfa Bayramova Həsən bəy Zərdabi yaradıcılığından geniş söhbət açıb. Tədbirdə muzeyin əməkdaşı Tavad Qurbanova çıxış edərək qeyd edib ki, Həsən bəy Zərdabi şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi. Həsən bəy Zərdabi XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olub, milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdi. O, maarif və mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş fikir və əməl adamlarından biri idi.

Tədbirdə Uşaq və Gənclər İnkişaf Mərkəzinin bir qrup müəllim və şagirdləri iştirak edib.

 

957.2 KB

 

1 MB

 

893.1 KB