Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Zəfərə aparan yol-dini və milli həmrəyliyimiz” adlı tədbir keçirildi.

13.10.2022

13 oktyabr 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasında Mərkəzi kitabxana və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol-dini və milli həmrəyliyimiz” adlı tədbir keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağdaş rayon MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Sevgili İbrahimova giriş sözü ilə çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən bəhs edib.

Tədbirdə Vətən Müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən söz açılıb, qələbədə qalib Azərbaycan xalqının milli və dini birlik nümunəsi göstərdiklərini ifadə edilib, Azərbaycanın multikulturalist ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyəsini qeyd edilib. Müharibənin gedişində və sonrasında nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulanıb.

Tədbir zamanı II Qarabağ Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub və “Zəfərə aparan yol-dini və milli həmrəyliyimiz” adlı sərgiyə baxış keçirilib.

 

208.5 KB

 

210.2 KB

 

221.8 KB

 

221.3 KB