Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kommunikasiya meneceri” layihəsinin fəaliyyəti ilə əlaqədar işçi qrupunun ilk iclası keçirildi.

12.10.2022

Mədəniyyət Nazirliyi tərəfindən kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub. Layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri təyin edilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi üzrə bu layihənin fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılan işçi qrupu və tabe müəssisələrdə sosial media fəaliyyətinə məsul şəxslərlə ilk iclas keçirilib.

Qeyd edilib ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Məlumat üçün bildiririk ki, kommunikasiya menecerlərinin nazirlik tərəfindən adıçəkilən layihə çərçivəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunda iştirakları təmin edilib.

 

1.1 MB

 

1 MB