Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.

11.10.2022

11 Oktyabr 2022-ci il tarixdə Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Zərdab rayon Mədəniyyət Mərkəzində "İncə qəlbli şair, böyük xeyriyyəçi-Xurşidbanu Natəvan" adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova qeyd edib ki, Xurşidbanu Natəvan dövrünün parlaq istedada və qabaqcıl idealara malik olan şəxsiyyətlərindən olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Yaradıcılığının ilk dövrlərində “Xurşid” təxəllüsü ilə yazsa da, sonradan özünə “Natəvan” təxəllüsünü götürüb.

Tədbirdə qeyd edilib ki, Natəvan yaradıcılığına nəzər salanda hiss edilir ki, Azərbaycan qadını nə qədər güclü, iradəlidirsə, bir o qədər də zərif, həssas və sevgi doludur.

 

940.8 KB

 

1 MB

 

876 KB

 

1 MB