Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyində Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirilib.

07.10.2022

6 oktyabr 2022-ci il tarixində Göyçay rayon Rəsul Rzanın ev muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi əlaqədar “İstiqlal şairi Əhməd Cavad” başlıqlı dəyirmi masa keçirilib. Şəhər 3 saylı tam orta məktəbinb bir qrup müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan muzeyin kiçik elmi işçisi Əlisəftər Məmmədov qeyd edib ki, Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2022-ci ildə Sərəncam imzalamışdır. Əhməd Cavad Azərbaycan ədəbii-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəsti-xətti ilə seçilən söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyat boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Dəyirmi masada şairin nəşrlərindən söz açılıb, əsərləri müzakirə olunub.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib, şagirdlər muzeyin təşkil etdiyi rəsm sərgisi və Vətən müharibəsində şəhid olmuş göyçaylılara həsr olunmuş “Qanı ilə tarix yazan şəhidlər” adlı foto sərgi ilə tanış olublar.