Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Beynəlxalq Müəllimlər Günü qeyd edildi.

05.10.2022

5 oktyabr 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə “Müəllim ömrü” adlı tədbir keçirilib. Ağdaş Regional Mədəniyyət İdarəsinin və Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Regional İdarənin əhatəsində olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbinin müəllimləri, Ağdaş Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon orta məktəblərinin müəllimləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllimlərdən ibarət “Karvan” instrumental ansamblının müşayiəti ilə mədəniyyət işçilərinin ifasında konsert proqramı, Ağdaş rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdimatında “Müəllimlər otağı” adlı səhnəcik nümayiş etdirilib.

Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova çıxış edərək bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib.

Daha sonra 2021-2022-ci tədris ilində musiqi təhsili sahəsində fərqlənən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllimlərinə idarə rəisi Səxavət Məmmədov tərəfindən Ağdaş Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanları təqdim olunub.

Tədbir Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivinin təqdimatında kompozisiya ilə başa çatıb.

 

1.4 MB

 

1.2 MB

 

1.4 MB

 

1.6 MB

 

1.1 MB