Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Muzeyi peşəkardan öyrənək” adlı təlim-seminar keçirilib.

24.08.2022

24 avqust 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar keçirilib. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyləri, Ev muzeyləri, Rəsm qalereyası və Heydər Əliyev Mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə iştirakçılara təlimlər keçirilib.

            Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

 

1.1 MB

 

1.2 MB

 

1.3 MB

 

1.1 MB