Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda ”Şuşa, sən azadsan” adlı ümumrayon tədbiri keçiriləcək

27.05.2022

28 may 2022-ci il tarixində Ağdaş şəhərində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Müstəqillik Günü” və "Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrası ilə əlaqədar “Şuşa, sən azadsan” adlı ümumrayon tədbiri keçiriləcəkdir.

27 may 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Ağdaş şəhər “Heydər Parkı”nda işçi qrupunun üzvləri və mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşüb, son tamamlanma işləri ilə tanış olub, zəruri tövsiyyə və tapşırıqlarını verib.

Eyni zamanda tədbirin quruluşçu rejissoru Prezident mükafatçısı, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevlə birgə tədbirlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 28 may 2022-ci il tarixində saat 18:00-dan etibarən Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin qarşısında “Kəndirbazlar”ın nümunəvi çıxışları, “Üçlük” abidəsinin ətrafında musiqi məktəbinin Xor kollektivinin, məktəbin müəllimlərindən ibarət ansamblının və muğam üçlüyünün ifasında musiqi nömrələrinin təqdimatı, Heydər Parkının girəcək hissəsində Ucar rayonu “Zopu Zopu” və Ağdaş rayonu “Teşti” folklor kollektivlərinin çıxışları, Mərkəzi kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyi və Ağdaş Dövlət Rəsm Qalereyasının təqdimatında “Şuşa ili”nə həsr olunmuş sərgilər, Milli mətbəx, Xalçaçılıq nümunələri və Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında Xurşidbanu Natəvanla Aleksandr Dümanın görüş səhnəsindən ibarət kompazisiya nümayiş etdiriləcəkdir.

Daha sonra saat 19:00-dan etibarən Heydər Parkında konsert proqramı təqdim olunacaq və sonda atəşfəşanlıq həyata keçiriləcək.

 

326.6 KB

 

356.8 KB

 

312.8 KB

 

345.8 KB