Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyəti: Müstəqillik tariximizin uca zirvəsi

26.05.2022

26 may 2022-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında 28 may Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: müstəqillik tariximizin uca zirvəsi” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında başlandı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ədəbi–bədii gecə ssenari  əsasında  təşkil edilib.

Tədbirin aparıcıları Xuraman Səmədova və Könül Musayeva 28 may Müstəqillik gününün yaranma tarixindən, milli dövlətçiliyimizin əsaslarını qoymuş görkəmli şəxsiyyətlərin bu yolda göstərdikləri fədakarlıqlardan, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirtdiyi böyük işlərdən, 90-cı illərdən başlayaraq  azadlıq uğrunda xalqımızın apardığı mübarizədən, Ümummilli  lider Heydər Əliyevin dövlətçiliyimizin bərpası   üçün  gördüyü işlərdən söhbət açıblar.

Tədbirdə iştirak edən Ağdaş Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi                                       Möhlüd Hacıxanov, Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsinin Yevlax bölməsinin əməkdaşı Asif Ədilov XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mücadilələrdən, ölkəmizin o zaman da indi də tolerant bir dövlət olduğunu qeyd ediblər. Ağdaş rayon Peşə litseyinin müəllimi Xəyalə Rüstəmova  tədbir  iştirakçılarını bayram münasibətilə təbrik edib.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti: müstəqillik tariximizin uca zirvəsi” adlı videoçarx nümayiş olunub. Kitabxananın əməkdaşları-Günel  İsmayılova Almas İldırımın ”Əsir Azərbaycanım”, Nəcavət Şıxıyeva Məmməd Arazın “Azərbaycan dünyam mənim” şeirlərini söyləyiblər. Tədbirdə Azərbaycana və vətənə aid mahnılar səsləndirilib. Tədbirin sonunda “28 may Müstəqillik günü” adlı sərgiyə baxış  keçirilib.

 

220.9 KB

 

238 KB

 

177 KB