Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Muğam Festivalının II turunda iştirak edəcək şagirdlərlə görüşüb.

26.05.2022

"Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının keçirilməsi haqqında” 9 may 2022-ci il tarixli 149-f nömrəli əmrinin icrası ilə əlaqədar 18 may 2022-ci il tarixində Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin xanəndəlik ixtisası üzrə təhsil alan şagirdləri arasında keçirilən muğam festivalının birinci turuna yekun vurulub.

Münsiflər heyətinin qərarına əsasən 9-12 yaş qrupu üzrə Ucar şəhər uşaq incəsənət məktəbinin şagirdi Nuran Novruzlu və 13-17 yaş qrupu üzrə Zərdab şəhər uşaq incəsənət məktəbinin şagirdi Elvin İsayev qalib gələrək Müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanıblar.

26 may 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov festivalın II turunda iştirak etmək hüquq qazanmış şagirdlər və onların müəllimləri ilə görüşüb. Tədbirdə çıxış edən idarə rəisi ilk öncə şagirdlərə və onların müəllimlərinə təşəkkür edərək, II mərhələdə uğurlar arzulayıb.

 

115.8 KB

 

101.8 KB

 

89.6 KB

 

118.1 KB