Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzi kitabxanasında aprel şəhidi Teymur Qasımov anılıb.

05.04.2022

5 aprel 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzi Kitabxanasında aprel şəhidi Teymur Qasımova həsr olunmuş "Teymur Qasımov Səni Unutmadıq Unutmarıq" adlı tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvüləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Səlmi Şıxaliyeva aprel şəhidi Teymur Qasımov haqqinda məlumat verib. Sonra kitabxananın əməkdaşı Leyla Orucova 4 günlük müharibədən 44 günlük müharibəyə qədər gedən döyüş yolu haqqında danışıb. Tədbirdə çıxış edən şəhidin atası Mikayil Qasımov oğlunun keçdiyi döyüş yolundan söhbət açıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov da Qarabağ şəhidləri haqqında danışaraq qeyd edib ki, hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi günümüzün ən aktual mövzusudur. Əsl vətəndaş vətənin içində gəzən yox, vətəni öz içində gəzdirəndir. Sonda  şəhidin atası  Mikayıl Qasımov ailəsi adından Göyçay rayon MKS-nin direktoru Nərmin Xəlilovaya və kitabxananın  kollektivinə  dərin minnətdarlığını bildirilib.

 

59.9 KB

 

43 KB

 

51.6 KB

 

59.8 KB