Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Mərkəzi kitabxanasında “Aprel Zəfəri” adlı tədbir keçirilib.

04.04.2022

Azərbaycan müstəqilliyi, müstəqilliyin bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Bu hadisələrnin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə “Aprel döyüşlər, Aprel müharibəsi” adı ilə düşüb.

Bununla əlaqədar olaraq Ucar rayon Mərkəzi Kitabxanasında “Aprel Zəfəri” başlığında anım günü keçirilib. Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova  ilk əvvəl Aprel döyüşləri haqqında çıxış edib. Sonra Aprel döyüşçüsü Kərimov Azər Azad oğlu keçdiyi döyüş yolu haqqında danışıb. Tədbirdə həmçinin Mərkəzi Kitabxananın əməkdaşları Əhmədzadə Aygün, İsmayılova Nuranə və başqaları çıxış ediblər. Sonda 4 və 5 saylı orta məktəblərin şagirdləri şeirlər söyləyiblər.

 

884.5 KB

 

1 MB

 

802.4 KB

 

1 MB