Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində maarifləndirmə tədbiri keçirilib.

30.03.2022

30 mart 2022-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində baş tutan tədbirdə “Müzəffər Ali Baş Komandan - xalq-ordu birliyi” mövzusu əsas müzakirə obyekti olub.

Tədbirdən öncə musiqi məktəbinin konsert salonunda postmüharibə dövrünə aid olan kitabların sərgisi nümayiş etdirilib, sonra Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə ilk öncə çıxış edən Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev 44 günlük Vətən Müharibəsində qazanılmış parlaq qələbənin Ali Baş Komandan və xalq-ordu birliyinin vəhdəti sayəsində mümkün olduğu diqqətə çatdırmış, ölkə başçısının həmin dövr ərzində həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyət daşıdığı qeyd etmişdir.

Bildirilmişdir ki, Azərbaycan ordusu müstəqillik əldə edildikdən sonra qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək erməni təxribatçıları üzərində böyük üstünlük qazana bilmişdir. Dünyanın reytinq siyahılarında Azərbaycan ordusunun əllinci yerdə dayanması Ali Baş Komandanın həyata keçirdiyi ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir.

Təbliğat qrupunun üzvləri öz çıxışlarında Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Vətən Müharibəsində qazanılan qələbənin böyük siyasi əhəmiyyəti vurğulanmaqla yanaşı, işğal olunmuş torpaqlarda gedən abadlıq-quruculuq işləri, eyni zamanda həmin torpaqlarda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin zəruri əhəmiyyəti dinləyicilərin diqqətinə çatdırıblar.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan parlaq Qələbə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunan nailiyyətlər barədə vətəndaşların məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.

Təbliğat qrupunun üzvlərinin çıxışlarında qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar dönməz xarakter daşıyır.

Yekunda qeyd olunub ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır.

 

578.7 KB

 

415.5 KB

 

499.4 KB

 

496.8 KB