Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” adlı tədbir keçirilib.

28.03.2022

19 mart 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Mərkəzi  kitabxana və “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” adlı  layihə əsasında tədbir keçirilib. Tədbirdə rayon ərazisində yaşayan dul qadın və atası dünyasını dəyişmiş uşaqlar iştirak ediblər.

     Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfədin Feyzullayev açaraq layihə iştirakçılarını salamlayıb, mənəvi dəyərlərin qorunmasına və inkişafına dəstək olanlara öz təşəkkürünü bildirib. O, vurğulayıb ki, kitabxanaların da əsas məqsədi uşaqlarımızın həyatına yeni dəyərlər gətirmək, inkişaf edən dünyamızda uşaqlarımızın mütailə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdir.

      BDU-nin Şərqşünalıq fakultəsinin aparıcı elmi işçisi, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Yeganə Mirzəyeva çıxışında qeyd edib ki, kitab müasirlərimizin və tarixən çox qədim dövr adamlarının biliklərini və təcrübəsini, fikir və  hisslərini, ürək çırpıntılarını və yaradıcı fantaziyalarını özündə mühafizə edir, insan idarakının bütün nailiyyətləri kitablarda təcəssüm etdirilir.

      BDU-nun Psixologiya və Sosial İş fakultəsinin Psixologiya müəllimi Gülnar Rüstəmova uşaqlıq dövründən yeniyetməlik dövrünə və digər yaş dövrünə keçiddə uşaqlar qarşılarına çıxan müxtəlif problemləri həll etmək üçün tələb olunan vərdiş və təcrübəni kitabxananın bilavasitə iştirakı ilə təşkil edilən mütailənin köməyi ilə qazandıqlarını  vurğulayıb.

      Azərbaycan Milli Elmlər Akademiyasının Böyük Elmi işçisi, Coğrafiya üzrə Fəlsəfə doktoru Sevinc Məmiyeva Karlo Kollodinin “Pinokkionun məcaraları” kitabının yaranma tarixindən və uşaqlara aşıladığı mənəvi dəyərlərdən söhbət açıb.

       Ağdaş rayon MKS-nin əməkadaşı Könül Musayeva uşaqlarda mütailə mədəniyyəti tərbiyəsinin formalaşdırılmasında  həm ailənin, həm məktəbin , həm də kitabxanaların böyük rolu olduğunu qeyd edib.

      “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin könüllü tələbələrindən Elbəy Əliyev, Sarvan Musayev, Aydan Məcidova, Samirə Məmmədova uşaqların mütailə vərdişlərinin erkən yaşlarında aşılanmasının olduqca vacib amillərdən biri olduğunu qeyd ediblər və Karlo Kollodinin “Pinokkionun məcaraları” kitabı haqqında danışıblar.

       Sonda  tədbir iştirakçıları “Hər kitab bir xəzinədir” adlı sərgi ilə tanış olublar. Ağdaş rayon MKS-nin rəhbərliyi tərəfindən Novruz bayramı münasibətilə Ağdaş rayonunda nümayiş etdirilən “Sehrli Xonça” adlı tamaşanın biletlər hədiyyə olunub, “Cığır” Mənəvi  Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən atasız uşaqlara hədiyyə paketi paylanılıb.

“Cığır” MDİDİB-nin iştirakı ilə anoloji tədbir Heydər Əliyev Mərkəzində, Ağdaş rayon MKS-nin Gənclər kitabxanası və 22 saylı Dəhnə kənd kitabxanasında da keçirilib.

 

1.1 MB

 

1.1 MB

 

1.1 MB

 

1.1 MB