Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəsul Rzanın ev muzeyində Xalq yazıçısı Anarın anadan olmasının 84-cü ildönümü qeyd olunub

16.03.2022

2022-ci il 14 mart tarixində Rəsul Rzanın ev muzeyində Xalq yazıçısı Anarın anadan olmasının 84-cü ildönümü ilə əlaqədar “Əsrin əsiri - Anar” başlıqlı tədbir təşkil olunub. Rayonun fəal gənclərinin iştirakı ilə təşkil olunmuş tədbirdə Anarın “Azərbaycançılıq haqqında düşüncələri” kitabının müzakirəsi keçirilib. Muzəkirədə çıxış edən muzeyin elmi işçisi Əlisəftər Məmmədov və muzeyin bələdçisi Gülnar Ağayeva Anarın Azərbaycançılıq haqqında düşüncələrinin kitabda anlatmağa çalışdığı 5 təməl üzərində - insan azadlığı, milli müstəqillik, sinfi, milli, irqi, dini, cinsi bərabərlik, türk qardaşlığı, xalqlar dostluğu əsasında qurulduğunu qeyd edib. 1999-cu ildə qələmə aldığı bu kitabda onu da qeyd etmişdir ki, “inanıram ki, bu vətənin övladları əl-ələ verib, çiyin-çiyinə, ürək-ürəyə, beyin-beyinə gələcəyin,  XXI əsrin III minilliyin azad, müstəqil ölkəsini, Bərabərliyin, Qardaşlığın və Dostluğun hökm sürəcəyi xoşbəxt Azərbaycanı quracaqlar”.

Tədbirdə muzeyin direktoru Solmaz Həsənova və Göyçay Gəncləri İnkişaf və Karyera Mərkəzinin direktoru C.İsmayılov da çıxış edərək mövzuyla bağlı fikirlərini söyləyiblər.

Tədbir zamanı yazıçı Anara həsr olunmuş “Uzun ömrün akkordları” sənədli filmi nümayiş olunub. Sonda isə Anarın kitablarından ibarət sərgisiyə baxış keçirilib, gənclər muzeydə sərgilənən eksponatlarla tanış olublar.

 

235.7 KB

 

246.2 KB

 

259.1 KB

 

244.4 KB