Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri mövzusunda tədbir keçirilib.

10.03.2022

9 mart 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi Kitabxananın oxu zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağdaş rayon üzrə əməkdaşı Asif Ədilovun, Ağdaş rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Səbuhi Musayev və Ağdaş Gənclər və İdman İdarəsinin rəis müavini Samir İsrafilovun iştirakı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq Azərbaycanın  dünyəvi dövlət olduğunu və bizdə dinin dövlətdən ayrı olduğunu, lakin tolerant ölkə olaraq müxtəlif dinlərin mövcud olduğunu qeyd edib.

DQİDK-nin  Ağdaş rayonu üzrə təmsilçisi Asif Ədilov çıxışında ölkəmizdə müxtəlif dini cərəyanların mövcudluğundan bəhs edərək bildirib ki, bu cərəyanların fanatizmə, radikalizmə, ekstremizmə gedib çıxmasına yol vermək olmaz.

Ağdaş RİH-nin məsul işçisi Səbuhi Musayev çıxış edərək bu cür tədbirlərin vaxtaşırı keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

303.8 KB

 

292.4 KB

 

467.9 KB