21.05.2018
18 may 2018-ci il tarixdə Beynəlxalq Muzeylər Günü münasibətilə Zərdab rayon Həsən bəy Zərdabi muzeyi rayonda fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzinin iştirakı ilə Zərdab rayon Mədəniyyət mərkəzində “Xalqın muzeyi, xalqın tarixidir” adlı tədbir təşkil etmişdir. Tədbiri Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova açaraq ilk öncə tədbirdə iştirak edən muzey işçilərini təbrik edərək muzeylərin tarixindən və fəaliyyətindən söz açdı.
Tədbirdə Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və qonaqlar öz ürək sözlərini dilə gətirdilər.
Tədbirdə rayon 1 saylı Körpələr evi-uşaq bağçasının uşaqları hazırladıqları kompozisiya ilə çıxış etdilər.