Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayonunda 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə rayon məktəblilərinin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunmuşdur.

21.05.2018

18 May-Beynəlxalq Muzeylər günü ilə bağlı Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin müəllim və şagirdləri Zərdab rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Məktəblilər ekskursiya zamanı Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat aldılar, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış oldular.
Ziyarətçilərə böyük dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirildi.