Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

18.05.2018

15.05.2018-ci il tarixdə Ağdaş rayon MKS-in 1 saylı Gənclər kitabxanası Ağdaş rayon bilik evi ilə birlikdə  Heydər Əliyev Mərkəzində 28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərgiyə baxışla başladı .İlk olaraq 1 saylı Gənclər Kitabxanasının müdiri Şəfa Zəkəriyyəyeva məruzə ilə çıxış etdi. O,cümhuriyyətin yaranma tarixindən danışdı. Sonra  Ağdaş Dövlət Humanitar Kollecinin tarix müəllimi Anar İbrahimli, kollecin müəllimi Dilarə Manafova və  MKS-in direktor muavini Sevgili İbrahimova mövzu ilə əlaqədar  çıxış etdilər. Sonra Gənclər kitabxanasının fəal oxucuları Əhmədli Sevil, Dostuyeva Əfsanə, Yusifova Fəridənin ifasında  Azərbaycan Xalq Cümhuriyyətinə aid şeirlər söylənildi. Tədbirin sonunda mövzuya aid video-çarx nümayiş etdirildi.