18.05.2018
10 may 2018-cı il tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş mərasim Heydər Əliyev Mərkəzinin qarşısındakı bustünün üzərinə gülqoyma ilə başladı. Daha sonra MKS-nin oxu zalında ”Həmişə bizimlə qalan qurucu” adlı dəyirmi masa ilə davam etdi.Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Onun fəaliyyətinə həsr olunan
“ Heydər Əliyev dahi” adlı video- çarxın nümayiş etdirilməsi marağa səbəb oldu. Almaz Ələsgərlinin ifasında “ Ulu öndər”, Faiq Ağayevin ifasında “Dahi”, Ağadadaş Ağayevin ifasında “ Xalq Heydər söyləyəcək” adlı mahnıları səsləndirildi.
Ağdaş Rayon MKS- nin direktoru S.Feyzullayev tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş nitq söylədi. O, qeyd etdi ki, Ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü xalqımıza, ölkəmizin inkişafına həsr edib. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verən Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Onun qoyduğu irs bu gün də layiqincə qorunur, yaşadılır və inkişaf etdirilir. Heydər Əliyev irsinin, Ümummilli liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olduğundan bu məsələ daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli lider Heydər Əliyevin ölkəmizdə dayanıqlı idarəçilik ənənələrinin formalaşması, iqtisadi stabillik modelinin yaradılması, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı və digər çoxşaxəli xidmətlərindən danışdılar.
Sonda “ Heydər Əliyev-95” adlı sərgiyə baxış keçirildi.