Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir.

18.05.2018

Hər il mayın ilk günlərində “Muzeylər baharı” aksiyası keçirilir. Bu il mayın 14-dən 19-dək  “Açıq qapı” həftəsi çərçivəsində yüzlərlə ziyarətçi muzeyimizə gəlmişlər. 18 may 2018-ci il tarixində Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində rayonda fəaliyyət göstərən Maqsud Şeyxzadə ev muzeyi və Heydər Əliyev Mərkəzinin işçiləri ilə birgə dəyirmi masa ətrafında “Tariximizin saxlanc yeri – muzeylərimiz” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Tarix-Diyarşünaslıq muzeyinin direktoru Nişanə Yusifova açaraq, peşə bayramı münasibətilə muzey işçilərini təbrik etmişdir. Sonra muzeyin Şöbə müdiri Pərvin Rüstəmova muzeylərin yaranma tarixindən “Muzeylər baharı” aksiyasının əhəmiyyətindən söhbət açmışdır. Maqsud Şeyxzadə ev muzeyinin Elmi işçisi Afaq Xəlilova M.Şeyxzadə ev muzeyinin rayonda yaradılmasından və görkəmli ədibin yaradıcılığı barədə məlumat vermişdir. Muzeyin baxıcısı Elnarə Əhmədova ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti,  Azərbaycan mədəniyyətinə diqqət və qayğısı haqqında danışmışdır. Tədbirdən sonra məktəblilərin və rayon əhalisinin muzeyə kütləvi ekskursiyası təşkil olunmuşdur.