Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyində 9 May Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

08.05.2018

Bu il 9 May Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində rayon ağsaqqalları ilə görüş keçirildi. “Qələbə ədalətin təntənəsidir” adlı tədbiri giriş sözü ilə  muzeyin direktoru Nişanə Yusifova açaraq  II Dunya Müharibəsinin başlanması və müharibənin tərkib hissəsi olan Böyük Vətən Müharibəsindən, Ağdaşlı Sovet İttifaqı Qəhrəmanları Fariz  Səfərov və Səməd Abdullayevin döyüş yolundan söhbət açmışdır. Ağsaqqallardan Hacıyev Vaqif, Məmmədov Məmməd, Yusifov Kazım, Əliyev Akif, Hacıyev Qismət Böyük Vətən Müharibəsi dövründə arxa cəbhədə qarşılaşdıqları çətinliklərdən, Azərbaycanın Böyük Vətən Müharibəsində rolundan danışdılar. Tədbirdə Maqsud Şeyxzadə ev muzeyinin əməkdaşları da iştirak edirdi. Sonda tədbir iştirakçıları muzeydə təşkil olunan müharibə veteranlarının şəkillərindən ibarət sərgi ilə tanış oldular.