Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illyinə həsr olunmuş ” X Ümumrespublika Kitab Bayramı” keçirilmişdir.

08.05.2018

07.05.2018-ci il tarixində Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illyinə həsr olunmuş " X Ümumrespublika Kitab Bayramı" keçirilmişdir. 
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Bayramı giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rövşən Balayeva gələn qonaqları salamlayaraq bayramda iştirak etdiklərinə görə onlara öz minnətdarliğını bildirmişdir.
Kitab bayramında 2 mindən artıq kitab, dövlətimizin ictimai-siyasi həyatına həsr olunan fotostendlər nümayiş etdirilirdi. 
Ulu öndərin ildönümünə həsr olunan kitab sərgisində xalqımızın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan kitablar nümayiş etdirilmiş, “Azərbaycan Xalq Cumhuriyyəti – 100", "Yaddan çıxmaz Qarabağ", "Azərbaycan kinosu – 120" və digər mövzularda təşkil olunmuş kitab sərgiləri,eyni zamanda dünya ədəbiyyatının inciləri seriyasından sərgilənən kitabların nümayişi ictimaiyyətin geniş marağına səbəb olmuşdur.Tədbirdə Göyçay rayon incəsənət ustaları konsert proqramı ilə çıxış etmişdir.
”Kitab bayramı”maraqlı çıxışlar və musiqilərlə saat 18:00-dək davam etmişdir.