Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Kitab bayramı təşkil olunmuşdur.

08.05.2018

             04.05.2018- ci il tarixində Ucar rayon Veteranlar parkında Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar X “Kitab bayramı” keçirilmişdir.Bayramı giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə xanım Abbasova açaraq gələn qonaqları  salamlamış və bayramda iştirak etdiklərinə  görə onlara öz minnətdarliğını bildirmişdir.Parkda bir birindən maraqlı sərgilər düzülmüşdür. Sərgilərdən “Ümummilli lider Heydər Əliyev-95”, “Oftolmoloq alim,professor Zərifə Əliyeva-95”,“Azərbaycan Xalq Cumhuriyyəti–100”, "Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan kinosu–120” və başqaları böyük maraqla qarşılanmışdır.Bayramda “Sehirli dünya” jurnalının  müəllifi Gülzar xanım İbrahimova iştirak edirdi.Uşaq yazarı  onu dinləyənlərə yenicə yazdığı və böyük rəhbərə həsr etdiyi –“Baba nəsihəti”, “Ulu öndər” şeirlərini,“Oğul,-dedi mənə Vətən!” şeirini, müdriklik, mütaliə, kitaba sevgi aşılayan, “Cavan və şah” nağıl-poemasını, “Tərlan və yalan” şeir-poemasını “Ən yaxşı sinif” şeirlərini oxumuşdur.

            Tədbirdə xüsusi istedadlı yaradıcı uşaqlar da iştirak edirdilər. Meydanda molbertdə rəsm çəkən iki iştirakçının  rəsmləri alqışlandı, onlara xatirə hədiyyəsi və “Sehrli dünya” jurnalının sonuncu sayı hədiyyə edildi. Baş redaktor gənc rəssamlara, növbəti sayda şəkillərini və rəsmlərini növbəti sayda görəcəklərinə söz verdi.

           Ucar rayon İcra Hakimiyyıti başçısının müavini-ictimai siyasi və humanitar məsəllər şöbəsinin müdiri,YAP Ucar rayon təşkilatının sədri Şəhla xanım Abdullayeva Tədbirdə çıxış edərək, RİH adından “Kitab bayramı” münasibəti ilə toplaşanları təbrik etmiş və yüksək səviyyədə təşkil olunmuş belə bir tədbirə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mərkəzləşdirilmiş Kitabxana Sisteminə minnətdarlıq bildirdi.

            Tədbirdə Qarabağ Əlilləri və şəhid ailləri Cəmiyyəti Ucar rayon təşkilatının sədri,Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulov,Yeni söz qəzetinin redaktoru Səbuhi Vəliyev,Ucarlı yazar,sevilən şair Vadil Ümid və başqa qonaqlar çıxış etdərək, öz təsüratlarını bölüşmüşlər. Təzə Şilyan kənd kitabxanasının müdiri Mətanət Umudova və kənd orta məktəbinin şagirdlərinin çıxışları gələn qonaqları valeh etdi.”Kitab bayramı”maraqlı çıxışlar və musiqilərlə saat 18:00-dək  davam etmişdir.