Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyinin kollektivi rayonda keçirilən Kitab bayramında iştirak etmişdir.

04.05.2018

Hər il olduğu kimi baharın ən gözəl dövründə, may ayının əvvəllərində rayonumuzda kitab bayramı təşkil olunur. Bu il mayın 4 –də Ağdaş rayon Mərkəzi Kitabxanası Kitab bayramı keçirmişdir. Bu dəfəki tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində keçirildi. Kitab bayramında Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyi əlyazma və əski əlifba ilə yazılmış kitablardan ibarət sərgi ilə çıxış etmişdir. Bu kitabların içərisində hicri təqvimi ilə 1316-cı ildə İstanbulda çap edilmiş kitab, 1907-ci ildə Dağıstanda çap edilmiş “Hənəfi məzhəbi üzrə fiqh” kitabı, 1907-ci ildə çap edlmiş ərəb dili qrammatikası, hicri təqvimi ilə 1303-cü ildə İstanbulda çap edilmiş “Hikmət və Məntiqə aid şərh” və s. kitablar vardır. Sərgini rayon ictimaiyyəti, çoxsaylı tamaşaçılar maraqla izləmişlər.