04.05.2018
4 may 2018-ci il tarixində Ağdaş rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X Kitab bayramı keçirilmişdir. İlk öncə iştirakçılar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq ümummilli liderin ruhunu dərin ehtiramla yad etmişlər.Sonra bayram tədbiri şəhərin Heydər Parkında davam etdirilmişdir.Tədbiri giriş sözü ilə Ağdaş Regional Mədəniyyət idarəsinin rəisi Tahir Əliyev açaraq bayram münasibətilə iştirakçıları salamlayaraq təbrik etmiş və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirmişdir. Sonra Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev öz çıxışında artıq ənənə halını almış və Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində keçirilən Kitab Bayramının sayca 10-cu olmasını qeyd etmişdir. S.Feyzullayev kitabxana quruculuğunun inkişafında Heydər Əliyevin böyük rolundan söz açaraq bildirmişdir ki, bu ənənənin davamı olaraq son illər Azərbaycan Resbuplikasının Prezidenti cənab İlham Əliyevin kitabxana sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində kitabxana fondları zənginləşmiş və yeni-yeni nəşrlər əlavə olunmuşdur.Bundan sonra Mərkəzi Kitabxana və filiallar tərəfindən hazırlanmış kitab sərgilərinə, guşələrə, fotostendlərə, pannolara, işçilərin və oxucuların əl işlərinə baxış keçirilmişdir.Seyfəddin Feyzullayev tədbir iştirakçılarını nümayiş olunan “Heydər Əliyev-95” , “Zərifə Əliyeva-95”, “Ölkəsinin və zəmanəsinin lideri”, “Azərbaycanın 1-ci vitse-prezidenti”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, “Yeniləşən Ağdaşım”, “Ağdaşlı yazarlar”, ”2018- ci ilin yubilyarları”, “Nəsimi poeziyası”, “Gözlə bizi, Qarabağ”, “Kənd təsərrüfatının inkişafı”,Ağdaşın zəngin tarixini özündə əks etdirən ”Diyarşünaslıq guşəsi”, “Turizm Guşəsi“, ”Elektron kitabxana”, “Kitab abidələri”, ”İslam gözəl əxlaqdır”, ”Azərbaycan kinosu-120”, “Azərbaycan memarlığı və incəsənəti”,“Yeni nəşrlər”, “Dünya ədəbiyyatı kitabxanası”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan Milli Ordusu-100”, “Dilimiz tariximiz”, “Kitablar xalqımızın milli sərvətidir”, “Azərbaycan mədəniyyəti” , “Aprel döyüşləri”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Lüğətlər,Ensiklopediyalar” və s. başlıqlarda sərgi, panno və fotostendlərlə tanış etmiş və hər biri barədə məlumat vermişdir. Uşaq şöbəsinin yaratdığı “Nağıl guşəsi” məktəbəqədər və kicik yaşlı məktəblilər üçün böyük marağa səbəb olmuşdur. Tədbirdə eyni zamanda Mədəniyyət Nazirliyinin tapşırığı ilə keçirilən klassik Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyi münasibətilə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri Dostuyeva Əfsanə Natiq qızı və Abdullayeva Gülnur Mahir qızına Ağdaş Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı təqdim edilmişdir.Tədbirin sonunda Dövlət atributlarından olan səkkiz guşəli ulduz formasında düzülən və bayrağımızın uç rəngini özlərində əks etdirən şagirdlərin ifasında Heydər Əliyevə, vətənə, xalqa, cümhuriyyətə həsr olunmuş ədəbi kompozisiya səsləndirilmişdir.
Yüksək səviyyədə təşkil olunmuş tədbirdə mədəniyyət işçiləri ilə yanaşı Ağdaş Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,rayon Ağsaqqallar şurasının üzvləri, təhsil işçiləri, məktəblilər, rayonda rayonda fəaliyyət göstərən “İstək” liseyinin müəllim və şagird kollektivi, Ağdaş Dövlət Humanitar Kollecinin nümayəndələri, yerli yazarlar, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.