Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Arvan kitabxanasında şair Ətraf Sərrafla görüş keçirilmişdir.

01.05.2018

04.28.2018-ci il tarixində Göyçay rayon MKS-nin Arvan kitabxana muzeyində “Ömür bir ümmandır” adlı Göyçaylı şair Ətraf Sərrafla ğörüş keçirilmişdir. Tədbirdə rayon ziyalılarından Adil Məmməd, Göyçay rayon litseyinin direktoru Qabil Zeynalov, GDİK-nin müəllimi Rafiq Abdullayev, filalogiya elmləri namizədi Əkbər Əlioğlu, rayon 7 saylı məktəbin tədris hissə müdiri Aqil Kəngərli, rayon 9 saylı uşaq bağçasının direktoru Elza Kərimova, mərkəzi kitabxananın işçiləri, kitabxananın fəal oxucuları və başqa qonaqlar iştirak etmişlər. Tədbiri Arvan kitabxana filialının müdiri Mehriban Bayramova açaraq qonaqları salamladı. Qonaqlara şair haqqında məlumat verdikdən sonra Ə.Sərrafın “ Ömür bir ümmandır “ adlı şeirini söylədi. Sonra söz şair Ətraf Sərrafa verildi. Şair şeirlərini oxuduqdan sonra tədbir iştirakçılarının suallarına cabab verdı. Tədbirdə Göyçay rayon A.Məmmədov adına musiqi məktəbinin direktoru Rövşən Zamanovun möhtəşəm ifasında bəstəkar mahnıları dinlənildi. Tədbirin sonunda şair Ətraf Sərraf kitablarını öz imzasıyla qonaqlara hədiyyə etdi.