Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda ”Nəsimi Poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turuna yekun vurulmuşdur.

01.05.2018

25 aprel 2018-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turunun ikinci mərhələsi keçirilmişdir.Tədbirdə müsabiqənin I turunun ilk mərhələsində Ağdaş Regional Mədəniyyət İdarəsinə aid olan Ağdaş,Göyçay,Ucar və Zərdab rayonlarının mərkəzi kitabxanaları üzrə qalib seçilmiş məktəblilər iştirak etmişlər.Regional İdarənin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilmiş 2 nəfər-Dostuyeva Əfsanə Natiq qızı və Hidayətova Rəvanə Fuad qızı qalib gələrək cari ilin may ayında Bakı şəhərində keçiriləcək müsabiqənin II turunda iştirak etmək hüququ qazanmışlar.