Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilmişdir.

01.05.2018

                 27 aprel 2018-cı il tarixdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018- ci ilin “ Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar  Ağdaş rayon Mədəniyyət Mərkəzinin foyesində mərkəzi kitabxana və Təbiət,  Humanitar, Texniki təmayüllü  Gimnaziyanın  birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyi dönməz və əbədidir” adlı ədəbi-bədii   kompozisiya  keçirilmişdir.Tədbir Mədəniyyət Mərkəzinin foyesində yaradılmış “Azərbaycan Xalq  Cümhuriyyəti-100” adlı  sərgiyə baxışla başlamışdır. Azərbaycan Xalq  Cümhuriyyətinin tarixini əks etdirən materialların nümayiş etdirildiyi sərgi böyük marağa səbəb olmuşdur. Tədbiri giriş sözü ilə Ağdaş Rayon MKS-nin  direktoru S.Feyzullayev  açaraq    müsəlman Şərqində ilk parlament respublikasının məhz Azərbaycanda qurulduğunu qeyd etmiş,Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərdiyini vurğulamışdır.65 saylı filial kitabxanasının işçisi Səbinə Lətifova məruzə ilə çıxış edərək bildirmişdir ki,cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı.Tədbirdə eyni zamanda Təbiət və humanitar təmayüllü  gimnaziyanın 4–cü sinif şagirdlərinin   ifasında Azərbaycan Xalq  Cümhuriyyətinin 100  illiyinə həsr edilmiş ədəbi bədii kompozisiya nümayiş etdirilmişdir.Gimnaziyanın  müəllimi Dursun Əliyeva çıxışında birgə təşkilatçılıq sayəsində ərsəyə gəlmiş bu tədbirin şagirdlərin təlim-tərbiyəsində müsbət rolunu qeyd etmişdir. Tədbir Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  video-çarxın  nümayişi ilə   sona yetmişdir.