24.04.2018
23 aprel 2018-cı il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Mərkəzi kitabxanananın əməkdaşları ilə yanaşı rayondakı “ İstək” liseyindən olan fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru S. Feyzullayev açdı. O bildirdi ki, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO”-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir.Mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların böyük əhəmiyyəti vardır. Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur. Liseyin kitabxanaçısı D.Əhmədova çıxış edərək belə tədbirlərin gələcəkdə uşaqların mütaliəsinin düzgün istiqamətləndirilməsində mühüm rolu vardır.
Liseyin şagirdləri masaların üzərində sərgilənmiş kitablarla, təşkil edilmiş sərgi ilə, mərkəzi kitabxananın fondu ilə tanış oldular, oxuduqları kitablar haqqında öz təəssüratlarını bildirdilər.