Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbinin şagirdləri Respublika müsabiqəsində uğur qazanmışlar.

18.04.2018

04-11 aprel 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının təşkilatçılığı ilə keçirilən Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların “Təhlil və ifa edir gənc musiqiçilər” adlı V Respublika elmi-ifaçılıq müsabiqəsi keçirilmişdir.Müsabiqədə iştirak edən Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbinin şagirdləri Gülsüm Qurbanlı,Fatimə İbrahimli və Nəsrin Hüseynli müsabiqənin diplomantı,Şöləxanım İbrahimli III dərəcəli laureatı adına layiq görülmüş,Nigar Novruzova isə Həvəsləndirici Fərmanla təltif olunmuşdur.